Sabah Xəzər dənizi ilə bağlı mühüm iclas keçiriləcək
Sentyabrın 11-13-də Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası keçiriləcək.
Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəklər.
Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Share this content:
Post Comment