“Əziz müəllimim” layihəsi
Müəllimlərimiz bizim üçün hər zaman dəyərlidir. Elə bu səbəbdən “Birgə və Sağlam” İctimai Birliyi və “Sağlam Ailə” Tibb Mərkəzinin təşkilatçılığı, “SUN” kağız markası və “Gəncə Mall” un təşkilati dəstəyi və ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Autizmli uşaqların iştirakı ilə rəsm sərgisi və konsert proqramı təşkil olunub.
“Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Ayna Rəsulova layihəni açıq elan edib. O bildirdi ki, Müəllimlik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli və müqəddəs bir peşədir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların müəllimi olmaq isə ikiqat zəhmət, böyük iş təcrübəsi, sevgi və səbr tələb edir.
Daha sonra “Birgə və Sağlam” İctimai Birliyinin sədri və Autizm Mərkəzinin direktoru Aytən Eynalova çıxışı zamanı dünyada xüsusi qayğıya ehtiyacı olan şəxslərin həyatına toxunan bütün müəllimlərə təşəkkürünü bildirib.
“Sağlam Ailə” Tibb Mərkəzinin İcraçı Direktoru Nigar Rüstəmli autizimli uşaqların istedadlarının üzə çıxmasında onlara dəstək olan müəllimlərin onların həyatındakı önəmini vurğulayıb.
Layihə çərçivəsində öncə Bakıda və Gəncədə fəaliyyət göstərən Autizm Mərkəzlərinin şagirdlərinin gözü ilə “Əziz müəllimim” konseptli rəsmlər çəkildi, daha sonra Gəncə Mall-da rəsm sərgisi və konsert proqramı gerçəkləşdirilib.
Təşəkkür əlaməti olaraq müəllimlərə gül buketləri və “SUN” markası tərəfindən hədiyyələr təqdim edilib.
Sərgilənən rəsmlər insanlarda böyük marağa səbəb oldu. “Əziz müəllimim” layihəsi həm ətrafındakılardan anlayış, sevgi, qayğı gözləyən autizmli uşaqların cəmiyyətə adaptasiyasında özlərinə və valideynlərinə böyük motivasiya, həm də onların müəllimləri üçün gözəl bir bayram hədiyyəsi olub.
Qeyd edək ki, autizmli uşaqlar tərəfindən “Əziz müəllimim” konseptli rəsmlər Autizm Mərkəzinin müəllimləri, eyni zamanda Azərbaycan Texnologiya Universitetinin Yüngül Sənaye və Dizayn kafedrasının müəllimi Mobil Qarayev və Dizayn ixtisasının tələbələrinin könüllü dəstəyi ilə çəkilib.
Share this content:
Post Comment